525.Az

Yeni Zelandiyada iki qozbel balina özünü sahilə atıb


 

Yeni Zelandiyada iki qozbel balina özünü sahilə atıb <b style="color:red"></b>

Yeni Zelandiyanın Darqvill şəhərində iki qozbel balina özünü sahilə atıb.

"Report" "Stuff" nəşrinə istinadən xəbər verir ki, hazırda insanlar onları xilas etməyə çalışırlar.

Şahidlərin sözlərinə görə, balinaların hər birinin uzunluğu 6 metrə çatır. Nəhəng dəniz məməlilərini ər və arvad sahildə gəzinti zamanı aşkar edib.

Qabarma zamanı onları xilas etmək mümkün olmayıb. Xilasetmə əməliyyatı avqustun 6-da davam etdiriləcək. Əməliyyata könüllülər, "Project Jonah" dəniz məməlilərinin xilas edilməsi təşkilatı və təbiətin mühafizəsi departamentinin əməkdaşları cəlb olunub.

 





05.08.2018    çap et  çap et