525.Az

Kanada sakini lotereyadan milyonlarla dollar uddu


 

Kanada sakini lotereyadan milyonlarla dollar uddu<b style="color:red"></b>

"Lotto Max" lotereyasına qoyulmuş 7,7 milyon dollar cek-potu Kanada sakini qazanıb.

Trend-in məlumatına görə, bu barədə oyunun təşkilatçısı olan "OLG" şirkətinin nümayəndələri bildiriblər.

Kanada milli lotereya qaydalarına əsasən, mükafatı əldə etmək üçün uduşlu bilet təşkilatçılara təqdim edilməli, qalibin adı isə açıqlanmalıdır.

Qeyd edək ki, Kanada tarixində qazanılmış ən böyük cek-pot (49,5 milyon dollar) 2015-ci ilin oktyabrında "49-dan 6-sı" lotereyasından əldə edilib.

 





05.08.2018    çap et  çap et