525.Az

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin növbəti uğuru


 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin növbəti uğuru<b style="color:red"></b>

Belçikanın Brüssel şəhərində gənc musiqiçilərin peşəkarlığının artırılması və dünyanın müxtəlif ölkələrindən olan gənc istedadların öz bacarıqlarını nümayiş etdirmələri məqsədilə növbəti dəfə beynəlxalq “Musica Mundi” festivalı keçirilib.  

Festival çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri: Prezident təqaüdçüsü Zərrin Əliyeva (violin), beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva (fortepiano) və məktəbin məzunu, Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü Orxan Hüseynov (violonçel) görkəmli sənət adamları Leonid Kerbel, Nikolas Angelik, Menahem Pressler, İren Koqan, İtamar Golan, Jerome Pernoo, Aleksandra İvanova, Jan Talik, Petr Prause, Ronald Van Spaendonck və Fien Van den Fonteynenin ustad dərslərində iştirak ediblər. 

Bundan başqa, gənc musiqiçilərimiz dünya şöhrətli violin ifaçısı Maksim Vengerovdan aldıqları ustad dərsinin yekununda onunla birgə böyük səhnədə çıxış ediblər.

Məşhur Chateau du Lac səhnəsi və Ve Martin's hotelinin zalında çıxış edən gənclərimiz dinləyicilərin rəğbətini qazanıblar. Gənc musiqiçilərimiz ölkəmizi layiqincə təmsil edib, mədəniyyətimizin tanıdılması məqsədilə çıxışlarında Azərbaycan bəstəkarlarının əsərlərinə geniş yer veriblər.

ŞAHANƏ

 





07.08.2018    çap et  çap et