525.Az

Mina qurbanları və digər müharibə əlillərinin biznesə cəlb edilməsi davam edir


 

Mina qurbanları və digər müharibə əlillərinin biznesə cəlb edilməsi davam edir<b style="color:red"></b>

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəbhəyanı rayonlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin kiçik biznesə cəlb edilməsi” adlı layihənin icrasını davam etdirir.  

Layihənin İcra planına uyğun olaraq növbəti maarifləndirici seminar Şəmkir rayonunda yaşayan mina qurbanları və digər müharibə əlilləri üçün təşkil olunub. Layihənin məqsədi mina qurbanlarını və digər müharibə əlillərini  kiçik biznes sahəsinə cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir. 

Şəmkir rayonunda yaşayan mina qurbanları və digər müharibə əlillərinə Əfqanıstan və Qarabağ müharibələri zamanı mina qurbanı olmuş təlimçi tərəfindən kiçik biznesin praktiki əsaslarına dair, Qarabağ müharibəsində mina qurbanı olmuş hüquqşünas isə kiçik biznesin hüquqi əsaslarına aid maarifləndirici məlumatlar verib. Bundan başqa, tədbir iştirakşılarına Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın dünyadakı mina qurbanlarına tövsiyyə etdiyi “101 çox yaxşı ideya” məlumat vərəqi paylanıb.   

Seminarda iştirak edən "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Şəmkir  rayon təşkilatının üzvləri bu tədbirin keçirilməsini yüksək qiymətləndirib, layihənin icrasına maliyyə yardımı ayırmış Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınına minnətdarlıq ediblər. Onlar kənd təsərrüfatı ilə məşğul ola biləcəklərini, bu sahələrlə əlaqədar konkret  layihələrinin olduğunu və bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac duyulduğunu bildiriblər. 

 





07.08.2018    çap et  çap et