525.Az

XİN ABŞ-da həbs olunan azərbaycanlılarla bağlı açıqlama verdi


 

XİN ABŞ-da həbs olunan azərbaycanlılarla bağlı açıqlama verdi<b style="color:red"></b>

ABŞ-da həbs olunan şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır. 

Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KIV-in sorğusuna cavab olaraq bildirib.

H.Hacıyev deyib: "ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinə bu barədə məlumat verilib. 

Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır".

Qeyd edək ki, ABŞ-da Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya, eləcə də Azərbaycan vətəndaşlarından ibarət cinayətkar qrup saxlanılıb. Dəstə üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunur.

 





07.08.2018    çap et  çap et