525.Az

Bakıda xəstəxanada yanğın


 

Bakıda xəstəxanada yanğın<b style="color:red"></b> Bu gün səhər saatlarında Xəzər rayonunda 5 mərtəbəli xəstəxananın 1 saylı korpusunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m olan 3 otağın yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 20 kv.m sahədə yanıb.
 
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğın bölmələri tərəfindən 2-ci mərtəbədən 4 nəfər xəstə təxliyə olunub.
 
 Xəstəxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





27.07.2013    çap et  çap et