525.Az

İyulda 142 - Çağrı mərkəzinə 12 mindən çox müraciət daxil olub


 

İyulda 142 - Çağrı mərkəzinə 12 mindən çox müraciət daxil olub<b style="color:red"></b>

İyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə 12 362 müraciət daxil olub.

Nazirlikdən verilən məlumata görə, müraciətlər sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı məsələləri əhatə edib.

Onlardan 11 840 müraciət (müraciətlərin 95,8 faizi) qeyd olunan məsələlərlə bağlı sorğu xarakterli olub. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilərək, onların məlumatlandırılması təmin edilib. Digər müraciətlərdə əksini tapan məsələlər nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq, müvafiq tədbirlər görülüb.

Ümumilikdə cari ilin yanvar-iyul aylarında 142 - Çağrı mərkəzi tərəfindən 97,8 mindən çox müraciət cavablandırılıb.

C.ABASOV

 





08.08.2018    çap et  çap et