525.Az

Livorno Musiqi Festivalında Qara Qarayevə həsr edilən konsert təqdim olunacaq


 

Livorno Musiqi Festivalında Qara Qarayevə həsr edilən konsert təqdim olunacaq<b style="color:red"></b>

Avqustun 21-dən sentyabrın 8-dək İtaliyada VIII Livorno Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Tədbir çərçivəsində sentyabrın 4-də Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevə həsr edilən fortepiano konserti təqdim olunacaq.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertdə tanınmış pianoçu Olqa Domninan ifasında Qara Qarayevin, Dmitri Şostakoviçin və Fərəc Qarayevin əsərləri səsləndiriləcək.

 





09.08.2018    çap et  çap et