525.Az
Bakıda polislə gənclər arasında kütləvi dava
İyulun 28-də saat 18 radələrində Bakıda bir qrup gənc polisə müqavimət göstərib.
Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərimanov parkında 1992-ci il təvəllüdlü İsmayılov Elşən Cəfər oğlu və 1990-cı il təvəllüdlü Xaçipur Şəhriyar Münasib oğlu xuliqanlıq hərəkətləri ediblər və parkda dondurma satan Nəcəfov Kamal Kazım oğlunu döyüblər. Nərimanov RPİ Post Patrul bölüyünün 5 əməkdaşı hadisə yerinə gələrək gəncləri intizama dəvət ediblər. Lakin bu zaman tərəflər arasında dava-dalaş düşüb. X.Şəhriyar üzərindəki bıçaqla polislərə hücum edib və polis serjantı Paşayev Abasət Yusif oğlunu bıçaqlayıb.
Hər iki şəxs yaxalanaraq polis idarəsinə gətirilib. Faktla əlaqədar araşdırmalar davam etdirilir.
29.07.2013
çap et