525.Az

Rihanna "Rolls-Royce"da məşqə getdi (FOTOLAR)


 

Rihanna "Rolls-Royce"da məşqə getdi<b style="color:red"> (FOTOLAR)</b>

Dünyaca məşhur müğənni Rihanna kollektivi ilə birlikdə "Four Seasons" otelini tərk edərək "Baku Crystal Hall"a məşqə yollanıb.

525.az-ın Trend Life-a istinadən verdiyi məlumata görə, müğənni onun üçün xüsusi təqdim olunmuş "Rolls-Royce"da hərəkət edir.

R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki "Qremmi" mükafatının sahibi Bakıdakı çoxsaylı pərəstişkarlarını hit mahnılardan ibarət eksklüziv şou ilə sevindirəcək. Rihanna ilə birlikdə ABŞ-dan Bakıya müğənninin 80 nəfərlik komandası da gəlib.

Rihannanın Bakıdakı konsertinə müxtəlif ölkələrdən müğənninin çoxsaylı fanatlarının gələcəyi gözlənilir.

Rihannanın Bakı konserti musiqi sənayesində piratçılıq ilə mübarizəyə həsr edilib.

Konsert "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkəti tərəfindən təşkil edilib.

 





05.10.2012    çap et  çap et