525.Az

Vasif Məhərrəmli Türkiyə şou-biznesində (FOTOLAR)


 

Vasif Məhərrəmli Türkiyə şou-biznesində<b style="color:red"> (FOTOLAR)</b> Bakıya gələn Türkiyənin məşhur müğənnisi Gökhan Güney burda dostu Vasif Məhərrəmli ilə görüşüb.

Gökhan Güney 525.az-a açıqlamasında Vasifin səsinə heyran olduğunu və onunla duet hazırlayacağını deyib:

“Vasif Azərbaycanda ən çox bəyəndiyim sənətçidir. Onun səsinə heyranam. Bu səsi Türkiyəyə eşitdirəcəm. Onun klassik mahnı ifa etməsinə heyran oldum. Vasifi Türkiyəyə dəvət etmişəm. Birlikdə çox gözəl layihələr hazırlayacağıq”.

Vasif Məhərrəmli bundan sonrakı mahnılarını Gökhan bəyin dəstəyi ilə Türkiyədə yazdıracaq. O, İbrahim Tatlisəsin “Mutlu ol yetər” “Mavi Mavi”, “Gülüm benim” kimi mahnılarının bəstəkarı ilə işbirliyinə başlayacaq.

Müğənni hətta bu yaxınlarda Seda Sayanın verilişində qonaq olacağını da sözlərinə əlavə edib:

“Əslində mən bu həftə Seda Sayanın verilişində olmalı idim. Bir az səhhətimdə problem yarandığı üçün səfəri təxirə saldım. Amma yaxın günlərdə mütləq Türkiyəyə gedəcəm və verilişdə qonaq olacam”.
 





05.10.2012    çap et  çap et