525.Az

Ələkbər erməni idmançısının arzusunu ürəyində qoydu - Video


 

... 17 DƏFƏ 1-Cİ YERİN, 3 DƏFƏ 2-Cİ YERİN, 4 DƏFƏ İSƏ 3-CÜ YERİN SAHİBİ OLUB

Ələkbər erməni idmançısının arzusunu ürəyində qoydu - <b style="color:red">Video </b>

Ağayev Ələkbər Aqil oğlu 2007-ci il sentyabrın 7-də Bakı şəhərində anadan olub. 15.09.2013-cü ildə Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Hazırda həmin məktəbin 6-cı sinfində oxuyur. 2013-cü ilin sentyabrın 18-dən məşqçi Ehtiram Rzayevin qrupunda idmana yazılıb. Artıq 5 ildir ki, MMA (Mixed martial arts) -  Qarışıq döyüş sənəti ilə məşğul olur.

Qədim Yunanıstanda yaranan bu idman növü üzrə 2 qat dünya çempionu və 1 dəfə Respublika çempionu olan Ələkbər, 5 il müddətində müxtəlif yarışlarda iştirak edərək 17 dəfə 1-ci yerin, 3 dəfə 2-ci yerin, 4 dəfə isə 3-cü yerin sahibi olub.

Axırıncı möhtəşəm qələbəsini isə 1 avqust 2018-ci ildə, Gürcüstanda keçirilən yarışda qazanıb. 30 kq çəkidə mübarizə aparan Ələkbərin bu yarışdakı rəqibi ermənistanlı idmançı olub. O, rəqibini 4:1  hesabı ilə məğlub edərək, 17-ci dəfə 1-ci yeri qazanaraq növbəti kuboka sahib olub...

12 yaşlı idmançımızı növbəti qələbəsi münasibətilə təbrik edir, bundan sonrakı yarışlarda da möhtəşəm qələbələr arzulayırıq.

Sərvər KAMRANLI

 





15.08.2018    çap et  çap et