525.Az

"Taliban" üzvləri sərnişin avtobuslarını qaçırdılar: döyüş gedir


 

"Taliban" üzvləri sərnişin avtobuslarını qaçırdılar: döyüş gedir<b style="color:red"></b>

"Taliban" radikal hərəkatının silahlıları Əfqanıstanın şimalında, Künduz vilayətində 3 sərnişin avtobusunu qaçırıblar.

Trend-in məlumatına görə, sərnişinlərin xilas edilməsi üçün əraziyə qoşun göndərilib.

1TV telekanalı hazırda intensiv döyüş getdiyini bildirir.

Sərnişinlərin sayı dəqiqləşdirilir.

Qeyd edək ki, son günlərdə "Taliban" hərəkatının üzvləri fəallaşıblar. Əfqanıstan Prezidenti ötən gün "Taliban"la atəşkəs elan edib.

 





20.08.2018    çap et  çap et