525.Az

Venesuela bu gün milli valyutasını denominasiya edir


 

Venesuela bu gün milli valyutasını denominasiya edir<b style="color:red"></b>

Bu gündən Venesualeda dövriyyəyə yeni pullar buraxılacaq.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin milli valyuta 1:100 000 nisbətində denominasiya edilir.

Buna səbəb Venesuelanın milli valyutası - bolivarın hiperinflyasiya nəticəsində dəyərini kəskin itirməsidir.

Yeni pulların dəyəri Venesuelanın "Petro" adlı kriptovalyutasının dəyərinə bağlı olacaq. Denominasiya ilə əlaqədar bu gün ölkədə qeyri-iş günü elan olunub ki, vətəndaşlar yeni pullara rahat öyrəşə bilsinlər.

 





20.08.2018    çap et  çap et