525.Az

Gürcüstanda 7 bölgəyə yeni qubernator təyin edildi


 

Gürcüstanda 7 bölgəyə yeni qubernator təyin edildi <b style="color:red"></b>

Gürcüstanın baş naziri Mamuka Baxtadze avqustun 20-də 7 bölgəyə yeni qubernator təyin edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, onların sırasında azərbaycanlı yoxdur. Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinə Şalva Rexviaşvili qubernator təyin olunub.

Bu gün baş nazir yeni təyin olunan qubernatorları hökumət üzvlərinə və ictimaiyyətə təqdim edib.

Baş nazirin sərəncamları ilə Msxeta-Mtianeti bölgəsinə Şalva Kereselidzeni, Samsxe-Cavaxetiyaya Beşik Amirxanaşvili, Şida Kartliyə Georgi Xocevanaşvili, Sameqrelo-Zemo Svanetiyə Aleksandr Motseri, Quriyaya Zurab Nasaraya, İmeretiyə isə Şalleqo Tabatadze dövlət vəkili-qubernator təyin ediliblər.

 





20.08.2018    çap et  çap et