525.Az

Türkiyə ABŞ səfirliyini atəşə tutmaqda şübhəli bilinən şəxsi saxladı


 

Türkiyə ABŞ səfirliyini atəşə tutmaqda şübhəli bilinən şəxsi saxladı<b style="color:red"></b>

Türkiyə hökuməti ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə Trend Türkiyə KİV-nə istinadən məlumat verir.

Qeyd edək ki, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumu açıq-aydın xaos yaratmaq cəhdi adlandırıb.

 





20.08.2018    çap et  çap et