525.Az

Rəsmi Ankaradan ABŞ səfirliyinə hücuma münasibət: "Bu, xaos yaratmaq cəhdidir"


 

Rəsmi Ankaradan ABŞ səfirliyinə hücuma münasibət: "Bu, xaos yaratmaq cəhdidir"<b style="color:red"></b>

ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum açıq-aydın xaos yaratmaq cəhdidir.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın səfirliyə edilən hücumu pisləyib: "Türkiyə təhlükəsiz ölkədir və bütün xarici diplomatik missiyalar təhlükəsizlikdədir. Hadisə araşdırılır və ən qısa müddətdə nəticəsi barədə məlumat veriləcək".

ABŞ səfirliyindən isə operativ rekasiya göstərdiyinə görə Türkiyə polisinə minnətdarlıqlarını bildiriblər.

 





20.08.2018    çap et  çap et