525.Az

Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək


 

Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək<b style="color:red"></b>

"Humanitar əməkdaşlıq Azərbaycanla əlaqələrimizin ən vacib hissəsidir. Xalqları və ölkələri humanitar əlaqələr kimi yaxınlaşdıran başqa bir şey yoxdur".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan və Rusiyanın bu istiqamətdə işlədiyi formatların artıq müəyyənləşdirildiyini xatırladan diplomat gələcəkdə humanitar əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

O qeyd edib ki, sentyabr ayında Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək, noyabr ayında isə Azərbaycanda Rusiyanın teatr kollektivlərinin iştirak edəcəyi beynəlxalq teatr festivalının keçirilməsi planlaşdırılır:

"Daha geniş planda danışsaq, təhsil məsələrinin daxil olduğu humanitar əməkdaşlıq üzrə yol xəritəmiz var".

 





20.08.2018    çap et  çap et