525.Az

S-400 raket komplekslərinin Türkiyəyə göndəriləcəyi tarix açıqlandı


 

S-400 raket komplekslərinin Türkiyəyə göndəriləcəyi tarix açıqlandı<b style="color:red"></b>

Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin Türkiyəyə göndəriləcəyi tarix açıqlanıb.

Trend-in məlumatına görə, "Rosoboroneskport" dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirib ki, S-400-lərin tədarükü razılaşdırılan müddət ərzində həyata keçiriləcək:

"Zenit-raket komplekslərinin Türkiyəyə təhvil verilməsinə 2019-cu ildə başlanılacaq".

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Konqresi F-35 qırıcılarının 5-ci nəslinin Türkiyəyə tədarükünü dondurub. Buna səbəb kimi Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini almaq niyyəti göstərilib.

 





21.08.2018    çap et  çap et