525.Az

Britaniyalı nazir: "Brexit" danışıqları iflasa uğraya bilər"


 

Britaniyalı nazir: "Brexit" danışıqları iflasa uğraya bilər"<b style="color:red"></b>

Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında “Brexit” danışıqları iflasa uğraya bilər.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant deyib.

Eyni zamanda, o, danışıqların uğurla yekunlaşacağına ümid etdiyini bildirib:

“Mən inanıram ki, yekunda biz saziş imzalayacağıq, amma sazişin əldə olunmaması ehtimalı da artmaqdadır”.

Nazir bildirib ki, “Brexit”lə bağlı razılaşmanın qarşısında duran çətinlik Aİ ölkələrinin yanaşmasıdır:

“Bir tərəfdən onlar Böyük Britaniyaya yaxşı saziş təklif etmək istəyirlər. Digər tərəfdən isə, onlar bu sazişin əldə olunacağı təqdirdə digər ölkələrin Aİ-dən ayrılmaq istəyə biləcəyini düşünür”.

 





21.08.2018    çap et  çap et