525.Az

Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırdı


 

Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırdı <b style="color:red"></b>

Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırıb.

Trend-in məlumatına görə, bu barədə krallığın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "2017-ci il 5 iyun tarixli Qətər dövləti ilə münasibətləri dayandırmaq qərarına əsasən və nazirlər şurasının sərəncamlarının icrası çərçivəsində DİN bəyan edir ki, Qətər hakimiyyətinin Bəhreyn krallığına qarşı düşmənçilik hərəkətlərinin məsuliyyətsiz davam etdirməsinə görə Qətər vətəndaşlarına giriş vizalarının verilməsini dayandırmaq qərara alınıb".

Nazirlikdən bildiriblər ki, istisnalar yalnız Bəhreyndə təhsil alan qətərli tələbələr, həmçinin hazırda vizası olan vətəndaşlar üçün edilir.

 





22.08.2018    çap et  çap et