525.Az

Braziliya Venesueladan miqrant axınının qarşısını almaq üçün sərhəddə nəzarəti gücləndirir


 

Braziliya Venesueladan miqrant axınının qarşısını almaq üçün sərhəddə nəzarəti gücləndirir<b style="color:red"></b>

Braziliya hökuməti Venesuela ilə sərhəddəki Roraima ştatına əlavə 60 hərbçi göndərib.

Trend-in məlumatına görə, bu addım Venesueladan miqrant axınının qarşısının alınması üçün atılıb.

Bir gün əvvəl bölgəyə 60 hərbçi göndərilmişdi. Hazırda sərhəd bölgəsində hərbçi və polis olmaqla 150 nəfər təhlükəsizliyə nəzarət edir.

Qeyd edək ki, ötən həftənin sonunda Roraima ştatında venesuelalı miqrantlarla yerli sakinlər arasında gərginlik qeydə alınmışdı.

 





22.08.2018    çap et  çap et