525.Az

KİV: Ukrayna IMF-dən əlavə yardım istəyəcək


 

KİV: Ukrayna IMF-dən əlavə yardım istəyəcək<b style="color:red"></b>

Ukrayna Beynəlxalq Valyuta Fondundan (IMF) əlavə 10 mlrd. ABŞ dolları məbləğində yardım istəyəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb.

Məlumatda deyilir ki, gələn ay IMF-in missiyası Kiyevə səfər edəcək və tərəflər Ukraynaya növbəti yardım proqramı barədə müzakirələr aparacaq. Bununla bağlı qərarın 2019-cu il mart ayından, yəni hazırda qüvvədə olan yardım proqramının icrası başa çatdıqdan sonra qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, indiki proqram çərçivəsində Ukrayna IMF-dən 8,7 mlrd. dollar yardım alıb.

 





22.08.2018    çap et  çap et