525.Az

Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim


 

Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim <b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fındıq məhsulundan nümunə götürülməsi qaydaları ilə bağlı təlim keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, təlimdə bu sahədə qabaqcıl ölkələrin təcrübəsindən danışılıb, yeniliklər təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Təlim çərçivəsində ekspertlərin çıxışları dinlənilib, fındıqdan nümunə götürülərkən istifadə olunan alətlər əyani vəsait kimi nümayiş etdirilib. Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlim bitdikdən sonra qida təhlukəsizliyi sahəsində fəaliyyət göstərən müfəttişlərin biliklərinin yoxlanılması məqsədilə test-sınaq imtahanları keçirilib.

CEYHUN

 





22.08.2018    çap et  çap et