525.Az

Azərbaycan filmləri Kazan beynəlxalq müsəlman kino festivalı - 2018-də iştirak edir


 

Azərbaycan filmləri Kazan beynəlxalq müsəlman kino festivalı - 2018-də iştirak edir<b style="color:red"></b>

Azərbaycanlı rejissor Tahir Tahiroviçin "Yubanma" filmi XIV Kazan Beynəlxalq Müsəlman Film Festivalı (qısametrajlı sənədli filmlər bölməsi) müsabiqəsi proqramı üçün seçilib.

“Report” xəbər verir ki, festivalın qeyri-müsabiqə proqramı çərçivəsində Kazan şəhərində Azərbaycan kinosunun "Nar bağı" filminin (rejissor İlqar Nəcəf) nümayişi olacaq.

Festival 2005-ci ildən hər il Tatarıstan Respublikasının paytaxtında hər il keçirilən ən böyük film forumlarından biridir. Bu il yarışda 28 ölkədən 65 film iştirak edəcək.

 





23.08.2018    çap et  çap et