525.Az

Sabah Moskvada Rusiya və Türkiyə XİN başçıları arasında görüş keçiriləcək


 

Sabah Moskvada Rusiya və Türkiyə XİN başçıları arasında görüş keçiriləcək<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

“Report”un “Haber7”yə istinadən verdiyi məlumata görə, görüş avqustun 24-də Rusiyanın paytaxtı Moskvada gerçəkləşəcək.

Görüşün əsas mövzusu Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə etməkdir.

Xatırladaq ki, hər iki nazir sonuncu dəfə avqustun 14-də Ankarada görüşüblər.

 





23.08.2018    çap et  çap et