525.Az

"Qarabağ" "Şerif"ə uduzdu


 

"Qarabağ" "Şerif"ə uduzdu<b style="color:red"></b>

Bu gün Avropa Liqasının pley-off mərhələsinə start verilib.

Qol.az-ın xəbərinə görə, təmsilçimiz "Qarabağ" da ilk oyununa çıxıb. Qurban Qurbanovun komandası Moldova çempionu "Şerif"in qonağı olub və 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 30-u Bakıda keçiriləcək.

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.  

23 avqust

Avropa Liqası

Pley-off mərhələsinin ilk oyunu

21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan) - 1:0
Qol
: Rifet Kapiç, 8
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, "Şerif" İK stadionu

 





23.08.2018    çap et  çap et