525.Az

“İnsan Alverinə Qarşı Mübarizə” İctimai Birliyi maarifləndirici tədbirlər keçirib


 

RAMİZ ALIYEV: “AZƏRBAYCAN POLİSİ İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏDƏ QƏTİYYƏT NÜMAYİŞ ETDİRİR”

“İnsan Alverinə Qarşı Mübarizə” İctimai Birliyi maarifləndirici tədbirlər keçirib<b style="color:red"></b>

“İnsan Alverinə Qarşı Mübarizə” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə Quba və Xaçmaz rayonlarında “İnsan alverinə qarşı mübarizədə profilaktik tədbirlərin təşkili” mövzusunda maarifləndirici tədbirlər keçirib.

Tədbirlərdə rayon polis şöbələri, icra hakimiyyətlərinin əməkdaşları, bələdiyyə nümayəndələri, müəllimlər, gənclər və hər iki rayon ərazisində fəaliyyəət göstərən özəl qurumların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təşkilatın sədri və layihənin koordinatoru Ramiz Alıyev layihə haqqında qonaqlara məlumat verib və mövzunun əəhmiyyətinə toxunub. R.Alıyev insan alverinə qarşı mübarizə ilə bağlı ölkə prezidentinin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında danışıb, bu cinayətkarlıqla mübarizə mexanizmlərindən söhbət açıb.

Azərbaycan dövlətinin insan alverinə qarşı mübarizə ilə bağlı apardığı siyasətdən danışan təşkilat sədri bildirib ki, hər il QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyəti institutlarının həyata keçirdiyi insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə dəstək olur.

R.Alıyev tədbir iştirakçılarına prezident tərifindən yaradılan İnsan Alverinə Qarşı Mübarizə Komisiyası və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyəti haqqında geniş məlumat verib. Eyni zamanda bildirilib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi hər il bu istiqamətdə ölkə üzrə maarifləndirmə tədbirləri təşkil edir: “İnsan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan dövlətinin apardığı siyasət bir çox ölkələr örnək olmalıdır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan polisi insan alverinə qarşı mübarizədə qətiyyət nümayiş etdirir”.

Daha sonra R.Alıyev qeyd edib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə aparır: “Eyni zamanda İnsan Alverinə Qarşı Mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri ilə baş idarənin əməkdaşlığı yüksək səviyyədə qurulub”. Tədbirdə Daxili İşlər Nazirliyinin çəkdirdiyi “Satılmış Həyat” filmi nümayiş etdirilib, tədbir iştirakçılarına mövzu ilə bağlı buklet və buraşurlar paylanılıb.

Layihə təbdbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

C.ABASOV

 





24.08.2018    çap et  çap et