525.Az

Pompeo gələn həftə KXDR-ya səfər edəcək


 

Pompeo gələn həftə KXDR-ya səfər edəcək<b style="color:red"></b>

ABŞ dövlət katibi Mayk Pompeo gələn həftə Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə M.Pompeo Dövlət Departamentində KXDR üzrə yeni xüsusi nümayəndə Stiven Bigeni təqdim edərkən jurnalistlərə bildirib.

M.Pompeo hesab edir ki, Dövlət Departamenti KXDR-ya qarşı təzyiq kampaniyasının həyata keçirilməsi və dəstəklənməsi üzrə yaxşı işlər görüb.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo aprel, may və iyul aylarında Pxenyana səfər edib.

 





24.08.2018    çap et  çap et