525.Az

Tramp Pompeonun Şimali Koreyaya getməsini istəmədi


 

Tramp Pompeonun Şimali Koreyaya getməsini istəmədi<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeonun Şimali Koreyaya səfər etməməsini istəyib.

Trend-in məlumatına görə, Tramp bunu Koreya yarımadasının hələ də nüvə silahlarından təmizlənməməsi ilə əsaslandırıb.

O, həmçinin Çinin bu məsələdə kifayət qədər yardımçı olmadığını söyləyib:

“Pompeo böyük ehtimalla Çinlə ticarət əlaqələrimiz düzəldikdən sonra yaxın zamanda Şimali Koreyaya getməyi nəzərdə tutur.

Ş.Koreya lideri Kim Çen Ina dərin hörmət və ehtiramımı çatdırıram. Mən də onunla yenidən tezliklə görüşməyə ümid edirəm”.

 





25.08.2018    çap et  çap et