525.Az

"Gefle"nin futbolçusu: "Qarabağ"ı yaxşı analiz etmişik"


 

"Gefle"nin futbolçusu: "Qarabağ"ı yaxşı analiz etmişik"<b style="color:red"></b>

"Anortosis" və "Malmö" üzərindəki qələbələrdən sonra komandada ab-hava əladır. "Qarabağ"la oyuna ciddi hazırlaşmışıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Gefle" klubunun futbolçusu Yoahim Adukor deyib.

Bakıya gəlməmişdən öncə İsveç mətbuatına danışan qanalı futbolçu Avropa Liqasının III təsnifat mərhələsindəki rəqiblərini yaxşı analiz etdiklərini bildirib:

"Rəqibə hörmətlə yanaşırıq. Çünki "Qarabağ" Avroliqada təcrübəsi olan bir komandadır. Bununla belə, rəqibi yaxşı analiz etmişik. "Qarabağ" sürətli oyuna üstünlük verir. Bakıda hansı taktika ilə oynayacağımıza baş məşqçi qərar verəcək".

Qeyd edək ki, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək "Qarabağ" - "Gefle" oyunu sabah, saat 21:00-da başlayacaq.

 





31.07.2013    çap et  çap et