525.Az

Çavuşoğlu: "ABŞ anlamalıdır ki..."


 

Çavuşoğlu: "ABŞ anlamalıdır ki..."<b style="color:red"></b>

Türkiyə və Rusiya arasında münasibətlər Ankara-Vaşinqton əlaqələrinə alternativ deyil.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, hazırda ABŞ və Türkiyə arasında real problemlərin olduğu sirr deyil:

"Ankara əvvəllər də olduğu kimi, münasibətlərin yaxşılaşmasına çalışır və əminik ki, bütün problemləri dialoq yolu ilə həll etmək olar".

Onun sözlərinə görə, Birləşmiş Ştatlar anlamalıdır ki, təhdid yolu ilə nəticə əldə etmək mümkün deyil.

Rusiya istehsallı S-400 zenit-raket komplekslərinə gəlincə, M.Çavuşoğlu bildirib ki, bu, Türkiyəyə lazımdır.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

 





28.08.2018    çap et  çap et