525.Az

Los-Ancelesdə Obama Bulvarı yaradılacaq


 

Los-Ancelesdə Obama Bulvarı yaradılacaq<b style="color:red"></b>

Los-Ancelesin Şəhər Şurası (Kaliforniya ştatı) küçələrdən birinin ABŞ-ın 44-cü prezidenti Barak Obamanın şərəfinə adlandırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bunu şəhərin meri Erik Qarçetti "Tvitter" sosial şəbəkəsində yazıb.

Qarçetti qeyd edir ki, Şura Rodeo yolunun Obama Bulvarı adlandırılması üçün səs verib:

"Biz şadıq ki, bu Los-Anceles sakinlərinə onlar şəhərdə gəzərkən prezident Barak Obamanın irsi haqqında bir xatirə olacaq".

Qeyd edək ki, Rodeo yolu Los-Ancelesin cənub-qərb hissəsində yerləşir və onun uzunluğu 5,5 kilometr təşkil edir.

 





30.08.2018    çap et  çap et