525.Az

“Arşın mal alan” marionet tamaşası nümayiş olunacaq


 

“Arşın mal alan” marionet tamaşası nümayiş olunacaq<b style="color:red"></b>

Sentyabrın 23-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası təqdim ediləcək.

Teatrdan 525.az-a verilən məlumata görə, tamaşa Üzeyir Hacıbəyliyə həsr ediləcək X Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq.

Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.

Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın 1989-cu ildə lentə alınmış bənzərsiz ifası ilə səsləndirilir.

 





30.08.2018    çap et  çap et