525.Az

Türkiyədə beynəlxalq piano festivalı keçiriləcək


 

Türkiyədə beynəlxalq piano festivalı keçiriləcək<b style="color:red"></b>

Sentyabrın 1-də Antalyada XIX Beynəlxalq Piano Festivalı başlanacaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq piano festivalı çərçivəsində, həmçinin vokal çıxışların və rəqs şoularının təqdimi nəzərdə tutulur.

Sentyabrın 9-da tanınmış tunisli etnik caz ustadı Dhafer Youssefin konsert proqramı ilə festivala yekun vurulacaq. Sufi ənənəsi, caz elementləri və ərəb lirizminin yer aldığı konsertdə sənətkar “Diwan of Beauty and Odd” adlı albomunu musiqisevərlərə təqdim edəcək.

Festival çərçivəsində gənc pianoçuların müsabiqəsi də keçiriləcək.

 





30.08.2018    çap et  çap et