525.Az

Tramp CNN rəhbərinin vəzifədən uzaqlaşdırılmasına çağırdı


 

Tramp CNN rəhbərinin vəzifədən uzaqlaşdırılmasına çağırdı <b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp CNN telekanalının prezidenti Ceff Zakerin vəzifədən azad edilməsinə çağırıb.

"Report" xəbər verir ki, D.Tramp bu barədə "Twitter"dəki səhifəsində yazıb.

Onun sözlərinə görə, telekanal auditoriyanın etimadını itirmək istəmirsə, C.Zakerin istefası zəruridir.

"Balaca Ceff Zaker işini bərbad icra edir, reytinqləri çox aşağıdır, AT&T isə etimadı qorumaq üçün onu işdən qovmalıdır", - D.Tramp bildirib.

Dövlət başçısı telekanalın ABŞ prezidentinin fəaliyyəti ilə bağlı olan qərəzli mövqeyi səbəbindən normal fəaliyyət göstərə bilmədiyini qeyd edib.

 





30.08.2018    çap et  çap et