525.Az

ABŞ və Misir birgə hərbi təlimlər keçirəcəklər


 

ABŞ və Misir birgə hərbi təlimlər keçirəcəklər<b style="color:red"></b>

ABŞ və Misirin Silahlı Qüvələri sentyabrda birgə hərbi təlimlər keçirəcəklər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından bildiriblər.

Məlumata əsasən, Yaxın Şərq və Afrikada ən böyük sayılan "Bright Star - 2018" adlı təlimlərdə 800-ə yaxın amerikalı hərbçi iştirak edəcək.

Təlimlər İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Məhəmməd Nahib adına hərbi bazada 8-80 sentyabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, "Bright Star - 2018" hərbi təlimləri ilk dəfə 1980-cı ildə keçirilib.

 





31.08.2018    çap et  çap et