525.Az
Bəxtiyar Hacıyev sərbəst buraxılıb (Yenilənib)
Bəxtiyar Haciyev artıq sərbəst buraxılıb. 525.az-ın məlumatına görə, bu barədə o, facebook profilində yazıb:
"Dostlar, polis rəisi vətəndaşa qarşı kobudluq etmiş polisləri çağırdı, üzr istətdirdi və məni yola saldı. Bu məsələ ilə bağlı heç bir problem yoxdur artıq..."
________________________
Bəxtiyar Hacıyevin polis tərəfindən saxlanılması təsdiqlənib. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən APA-ya Bəxtiyar Hacıyevin hazırda bölmədə saxlanıldığı bildirilib. Qeyd edilib ki, B. Hacıyevi bölməyə Post Patrul Xidməti bölüyünün əməkdaşları gətiriblər:
“Post Patrul Xidməti əməkdaşları piyada keçidindən istifadə etməyən şəxslərə qarşı tədbir görərkən Bəxtiyar Hacıyev həmin ərazidə qanunsuz çəkiliş aparıb. Çəkilişin hansı məqsədlə aparılmasını müəyyən etmək üçün o polis bölməsinə dəvət edilib. Araşdırma başa çatandan sonra həmin şəxs sərbəst buraxılacaq”.
Qeyd edək ki, B. Hacıyev öz “Facebook” səhifəsində polis tərəfindən saxlanılması barədə status yayıb.
31.07.2013
çap et