525.Az

Şura televiziyalarda yeni proqramlar hazırlayacaq


 

Şura televiziyalarda yeni proqramlar hazırlayacaq<b style="color:red"></b>

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında televiziyaların və son maliyyə müsabiqəsinində ikinci mərhələyə keçmiş yerli QHT-lərin iştirakı ilə layihələrin effektli icrası haqqında müzakirələr aparılıb.

"Qafqazinfo" xəbər verir ki, ilk olaraq çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev daim vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı iş apardıqlarını və bunda məqsədin cəmiyyətin QHT-lərin gördükləri işlərin nəticəsindən daha geniş şəkildə faydalanmasının təmin edilməsi olduğunu bildirib. Azay Quliyev bu günki tədbirin məqsədinin də bəyənilmiş layihə ideyalarının icrasının effektli təşkili, onun miqyasının genişləndirilməsi, qanunlar haqqında ictimai məlumatlandırmanın daha böyük auditoriyanı əhatə etməsi üçün televiziya verilişlərinin hazırlanmasını birgə müzakirə etmək olduğunu söyləyib. Şura sədri xüsusi ilə yeni qanunların təbliği və sosial çarxların yayımlanması baxımından televiyaların mühüm əhəmiyyət kəsb etdiyini dedi. Televiziyalarla QHT-lərin əməkdaşlığının hər iki tərəf üçün səmərəli olduğunu vurğulayan Şura sədri bunun ortaq modelini tapmağa çalışdıqlarını qeyd edib. O Şuranın QHT-lərlə televiziyalar arasında körpü rolu oynadığını və işçi qaydada onlarla danışıqların davam etdiriləcəyini bildirib.

QHT təmsilçiləri millət vəkili Çingiz Qənizadə, Osman Gündüz, Səadət Bənənyarlı, Taryel Həsənov, Lyudmila Xəlilova, Məhərrəm Zülfüqarlı, Samir Əliyev, Pərviz Həşimov, Bəxtimşah Tağıyeva və digərləri çıxış edərək Şuranın təşkil etdiyi müzakirənin mühüm əhəmiyyət daşıdığını və televiziyanın imkanından istifadənin layihələrinin səmərələliyini artıracağını vurğuladılar.

İctimai Televiziyanın departament rəhbəri Anar Yusifoğlu və Xəzər televiziyasının xəbərlər xidmətinin rəhbəri İbrahim Ünlübostanda çıxışlarında vətəndaş cəmiyyətinin təşəbbüslərini hər zaman dəstəkləməyə və əməkdaşlığa hazır olduqlarını bildiriblər.

 





31.07.2013    çap et  çap et