525.Az

Rasim Musabəyov: “Rusiyanın köməyi olmadan Ermənistan mövcud ola bilməz”


 

Rasim Musabəyov: “Rusiyanın köməyi olmadan Ermənistan mövcud ola bilməz” <b style="color:red"></b>

Son zamanlar Rusiya-Ermənistan münasibətləri qeyri-müəyyən dövrünü yaşayır. Bunun səbəbi  ölkənin baş naziri Nikol Paşinyanın Rusiya maraqlarına əks təsir göstərən siyasətidir.

Buna misal olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılması, antirusiya şüarları, Rusiyanın Gümrüdəki hərbi bazasından narazılıqları, Panik kəndində rus hərbçilərlə bağlı insidenti və eks-prezident Robert Koçaryanın həbsini göstərmək olar. Bəs Ermənistandakı antirusiya vəziyyətini nəzərə alsaq,  Rusiya Azərbaycanla münasibətləri daha da möhkəmlənə bilərmi?

Baş verənləri millət vəkili, politoloq Rasim Musabəyov şərh edib. O düşünür ki, bu məsələlərin birini digərilə qarışdırmaq lazım deyil: “Ermənistanda baş verən hadisələlərdən - KTMT-nin baş katibi Yuri Xaçaturov və sabiq prezident Robert Koçaryanın həbsindən asılı olmayaraq, Rusiya hər zaman Azərbaycanla münasibətlərin möhkəmlənməsinə maraq göstərib. Rusiya hər zaman Azərbaycanla münasibətlərin möhkəmlənməsinə maraq göstərsə də, Azərbaycan heç vaxt ondan üz çevirməyib. Lakin bu münabətlər Rusiya və Ermənistan arasında eynilik təşkil edə bilməz”.

Politoloq Ermənistanın Rusiyanın köməyi olmadan mövcud ola bilməməsinə diqqət çəkib: “Bu, fiziki baxımdan mümkün deyil. Bu gün Rusiyada 2,5 milyon erməni yaşayır. Və onlar Ermənistanın bu cür asanlıqla üz döndərməsinə imkan verməyəcək. Paşinyan çox yaxşı anlayır ki, Rusiya hazırda çətin iqtisadi sanksiyalar şəraitindədir. Paşinyanın bütün komandası Qərb dövlətlərinin əlindən qidalanıblar. Aydındır ki, onlar Ermənistanı Gürcüstan və ya Ukrayna ssenarisinə uyğun dəyişmək istəyirlər. Lakin anlayırlar ki bu, mümkünsüzdür.

Onlar bunu anlasa da, istəyirlər həm Rusiyadan qidalansınlar, həm də Qərbdən maliyyə yardımı alsınlar. Eləcə də zaman-zaman Rusiyaya onların kreditini bağışlaması üçün yaltaqlanırlar. Paşinyanın komandası əldən-ayaqdan getsə də, Moskva üçün heç bir etimad doğrultmur”.

Sabiq prezident Robert Koçaryanın iddialarından danışan deputat deyib ki, siyasətə qayıtmaq, seçkilərə qatılmaq onun şəxsi təşəbbüsüdür: “Çünki Koçaryan heç vaxt öz ambisiyalarını gizlətməyib. Koçaryan deyib ki, karyerasını bitirmək üçün hələ çox gəncdir. O, inadkar olsa da, mənfi reytinqi var. Yəni Ermənistanda onun tərəfdaşlarından daha çox, Koçaryanı gözü götürməyən insanlar çoxluq təşkil edir. O, parlamentin hesabına baş nazir kreslosuna çxaraq ənənəvi güc tətbiq etmə üsulu vasitəsilə Ermənistanı özünə tabe edə bilər. Düşünürəm ki, Rusiyanın digər namizədləri də var”.

Rusiyanın Ermənistana təzyiq göstərməsi üçün hansı vasitələrə malik olmasından danışan R.Musabəyov deyib ki, nümunə üçün, Ermənistana ikinci hərbi kredit verilməyəcək. Ermənistanda çox mürəkkəb və çətin vəziyyət yaranır: “Paşinyanın hakimiyyətinin 100 günü ərzində Mərkəzi Bankın ehtiyatları 10% azalıb. Bu rəqəm Ermənistan üçün əhəmiyyətli göstəricidir. Ermənistanda fəaliyyət göstərən “Rusal Armenal” şirkəti Rusiya sanksiyalarına düşmüş oliqarx Oleq Deripaskaya məxsusdur. Şirkət öz məhsulunu əsasən ABŞ-dan gətirirdi. Hazırda zavod bağlıdır, işçilər isə məzuniyyətə göndərilib. Ermənilər həmçinin, almanlardan da pul istədi. Lakin Erməsitanın hazırkı vəziyyəti - sərhədlərin bağlı olması, heç bir bazara çıxışının olmaması, hər zaman müharihə başlanma ehtimalı nəzərə alınarsa bu, mümkünsüzdür.

Beləliklə, bir çox faktlar Ermənistana təzyiq göstərə bilər. Onların Moskva qarşısında əl açmaqdan başqa digər variantı yoxdur”.

Qeyd edək ki, Robert Koçaryan erkən parlament seçkilərinə qatılmaq niyyətini açıqlayıb. “Əgər mən siyasətə qayıtdığımı bəyan etmişəmsə, deməli, seçkilərə də qatılacam”, sabiq prezident bildirib.

O, siyasətə hansı formatda qayıdacağı barədə danışmayıb və bildirib ki, bunu müzakirə etmək üçün kifayət qədər vaxt yoxdur: “Situasiya çox sürətlə inkişaf edir. Düşünürəm ki, indi format məsələsini bir kənara qoymaq lazımdır”.

O, Ermənistan vətəndaşlarına populizm, şüarlar və emosional çıxışların lazım olmadığını vurğulayıb. Eks-prezident gələcəkdə siyasi mübarizədə Respublika Partiyası və Çiçəklənən Ermənistan Partiyası ilə birgə əməkdaşlığı da istisna etmir.

PƏRVANƏ

 





01.09.2018    çap et  çap et