525.Az

"Santa-Barbara" serialının aktrisası vəfat etdi


 

"Santa-Barbara" serialının aktrisası vəfat etdi <b style="color:red"></b>

ABŞ-da "sabun operaları"nın ulduzu Süzen Braun 87 yaşında vəfat edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri yazıb.

Aktrisanın vəfatı xəbərini icraçı prodüser Frenk Valentini təsdiq edib. O, öz tvitində Braunun yaxınlarına və bütün onu tanıyanlara başsağlığı verib.

Braun aktrisalıq karyerasına 1977-ci ildə başlayıb. Aktrisa Azərbaycan tamaşaçısına "Santa-Barbara" serialında Viktoriya Leynin anası kimi oynadığı Canet Leyn obrazından tanışdır.

O, aktrisalıq fəaliyyətini 2004-cü ildə başa vurub. Braun son olaraq "Baş xəstəxana" serialına çəkilib.

 





02.09.2018    çap et  çap et