525.Az

Liviyada həbsxanadan 400-ə yaxın məhbus qaçdı


 

Liviyada həbsxanadan 400-ə yaxın məhbus qaçdı <b style="color:red"></b>

Liviyanın paytaxtı Tripoli şəhərindəki həbsxanadan 400-a yaxın məhbus qaçıb.

Trend-in məlumatına görə, yaxınlıqda atışma səslərini eşidən məhbuslar həbsxanada qarışıqlıq yaradaraq qapıları söküblər.

Hazırda qaçan məhbusların dəqiq sayı müəyyənləşdirilir.

Xatırladaq ki, daha əvvəl Tripolidə silahlılarla toqquşmalarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Toqquşmalar avqustun sonlarında başlayıb.

 





03.09.2018    çap et  çap et