525.Az

Türkiyə sularından gəmilərin keçmə şərtləri dəyişdi


 

Türkiyə sularından gəmilərin keçmə şərtləri dəyişdi<b style="color:red"></b>

Türkiyə ərazi sularından gəmilərin keçmə şərtlərini dəyişib.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, hərbi yük daşıyan gəmilərin hamısına mütləq şəkildə hərbi status veriləcək.

Bundan başqa, statusundan asılı olmayaraq bütün gəmilər körpülərə 100 metrdən artıq yaxınlaşa bilməyəcək.

Başqa bir dəyişikliyə əsasən, hər hansı problem yaranacağı təqdirdə Türkiyə Sahil Mühafizəsi üzən gəmilərin kapitanının icazəsi olmadan birbaşa insidentə müdaxilə edə biləcək.

Bundan başqa, uzunluğu 300 metrdən böyük olan gəmilər körfəzlərə daxil olmadan 10 gün öncə məlumat verməlidirlər.

Eləcə də sıxılmış neft-qaz daşıyan gəmilər Türkiyə ərazi sularında yalnız gündüz saatlarında üzə bilərlər.

 





03.09.2018    çap et  çap et