525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 2-də gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan 525.az-a verilən  məlumata görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.
 
Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 24-26 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, avqustun 2-də hava şəraitinin əsasən yağmursuz olacağı, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
 
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
 





01.08.2013    çap et  çap et