525.Az

Rusiyada ilk qar yağdı


 

Rusiyada ilk qar yağdı<b style="color:red"></b>

Rusiyanın Kemerovo vilayətində ilk qar yağıb.

Trend-in məlumatına görə, bölgədə havanın kəskin soyuması qeydə alınıb.

Belə ki, temperatur 23 dərəcədən 7 dərəcəyədək düşüb. Kemerovoda ilk qarın hər il sentyabrın 15-dən sonra yağdığı qeyd olunur.

Səhər saatlarında temperatur bir qədər yüksəldikdən sonra qar əriyib. Bölgədə daimi qar örtüyü oktyabr ayından əmələ gəlməyə başlayır.

 





03.09.2018    çap et  çap et