525.Az

İlham Əliyev San-Marino rəhbərlərini təbrik etdi


 

İlham Əliyev San-Marino rəhbərlərini təbrik etdi<b style="color:red"></b>

Prezident İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və Matteo Çiaççiyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

 





03.09.2018    çap et  çap et