525.Az

Putin Paşinyanla görüşə bilər


 

Putin Paşinyanla görüşə bilər<b style="color:red"></b>

Yaxın zamanlarda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilə bilər.

Trend-in məlumatına görə, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib.

Onun sözlərinə görüş zamanı ikitərəfli münasibətlərin müzakirə olunması nəzərdə tutulur.

Görüşün tarixi yaxın zamanlarda dəqiqləşdiriləcək.

Qeyd edək ki, N.Paşinyan ilk dəfə V.Putinlə bu ilin mayında Soçidə görüşüb.

 





03.09.2018    çap et  çap et