525.Az

Ermənistan sərhədçiləri Türkiyə vətəndaşını qətlə yetiriblər


 

Ermənistan sərhədçiləri Türkiyə vətəndaşını qətlə yetiriblər<b style="color:red"></b>

Türkiyə-Ermənistan sərhədində otlaq sahədə qoyun otaran çoban erməni sərhədçilər tərəfindən öldürülüb.

APA-nın məlumatına görə, 35 yaşlı Mustafa Ülkər sərhəd xəttini keçən qoyunları geri qaytarmaq istəyib, bu zaman sərhədçilər neytral ərazidə atəş açaraq onu qətlə yetiriblər. Qars valisi Eyüp Təpə cənazənin qaytarılması üçün erməni tərəfi ilə danışıqların davam etdiyini bildirib: “İlkin ehtimala görə, söhbət köməksiz vəziyyətdə olan şəxsin öldürülməsindən gedir. Çobanın silahı olmayıb, amma adamı güllə ilə vurublar”. 

 





01.08.2013    çap et  çap et