525.Az

Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni hərbçi öldü


 

Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni hərbçi öldü<b style="color:red"></b>

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində daha bir erməni hərbçi ölüb.

Trend-in məlumatına görə, ötən gün 1990-cı il təvəllüdlü müddətdən artıq hərbi qulluqçu Vazgen Xaçatryan yol qəzası nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sentyabrın 2-si axşam saatlarında Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətdə olan 1996-cı il təvəllüdlü əsgər Vanik Gevorkyan intihar edib.

 





04.09.2018    çap et  çap et