525.Az

"Həccə gedənlərin demək olar ki, hamısı sağ-salamat qayıdıb"


 

"Həccə gedənlərin demək olar ki, hamısı sağ-salamat qayıdıb"<b style="color:red"></b>

Həccə gedənlərin demək olar ki, hamısı sağ-salamat qayıdıb. İki ildir ki, bizim hacıların arasında xəstələnmə yoxdur, onlar sağ-salamat qayıdırlar.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O, deyib: "Sovet dövründə hər il 1-2 nəfər Həccə ziyarət gedərdi. Bu gün müstəqillik dövründə yaranan şərait imkan verir ki, insanlar Həccə gedə bilirlər. Buna görə biz öz dövlətimizə təşəkkür edirik".

 





04.09.2018    çap et  çap et